Logo

Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Avropa ikincisi oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Sfera.az məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşıb. Rəqibinə 3:6 hesabı ilə uduzan Həsənli ikinci yerlə kifayətlənib.

130 kq-da yer alan Sərxan Məmmədov “bürünc” görüşündə türkiyəli Muhammet Bakıra uduzaraq medalsız qalıb.

Qeyd edək ki, martın 15-də Azərbaycanın daha 3 yunan-Roma güləşçisi - Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) final görüşlərini keçirəcəklər. Həsən Məmmədli (67 kq) və İsmayıl Rzayev (82 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq. (Roma)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR