Logo

Dünya Kuboku: Millimizin daha iki gimnastı finala vəsiqə qazandı

Dünya Kuboku: Millimizin daha iki gimnastı finala vəsiqə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin daha iki üzvü finala vəsiqə qazanıb.

Sfera.az-ın məlumatına görə, İvan Tixonov və Nazənin Teymurova həlledici raunda yüksəliblər.

Tixonov bu gün iki nominasiyada çıxış edib. Onun dəstəli atdakı performansı uğurlu alınmayıb. 27 yaşlı gimnast 13.100 xallıq çıxışla 19-cu olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı əvəzində turnikdə təsnifatı 6-cı sırada tamamlayaraq, finalda iştirak hüququna yiyələnib. Onun çıxışı 13.933 xalla qiymətləndirilib.

Qadın gimnastlardan Nazənin Teymurova sərbəst hərəkətlərdə 12.566 xallıq performans sərgiləyərək 5-ci yeri tutub. Bu, onun finala yüksəlməsi üçün kifayət edib.

Teymurova və komanda yoldaşı Samirə Qəhrəmanova günün sonunda gimnastika tirində qüvvələrini sınayıblar. Burada Teymurova 11.333 xalla 24-cü yeri, Qəhrəmanova isə 11.100 xallıq çıxışla 30-cu yeri tutub.

Bir gün əvvəl Azərbaycan təmsilçisi Nikita Simonov halqalarla ən yaxşı nəticəni göstərərək, finala adlayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun finalları martın 11-12-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR