“Qara Qarayev əsas heyətdə yerini itirməyib” - Qurban Qurbanov

“Qara Qarayev əsas heyətdə yerini itirməyib” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sfera.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Çox vacib oyun idi və vacib 3 xal qazandıq. Gərgin və maraqlı matç izlədik. Futbolçularımdan razı qaldım. Sarı vərəqələrlə bağlı diqqətli olmalarını demişdim. Ancaq bu, oyunun gərginliyindən irəli gələn məsələdir. Bəzi oyunçularımızın olmamasına rəğmən, dinamik oyun göstərdik.

 

“Qəbələ” öz oyun üslübunu yaxşılaşdırıb. Onlar əks-hücumlarda təhlükəlidir. Xüsusilə də müdafiənin arxasına atılan toplarda çox təhlükəli olurlar. Bir neçə epizodda bunun şahidi də olduq.

 

“Qarabağ” nə vaxt pik formada olacağını deyə bilməyəcəyəm. Bizim düşünmədiyimiz hadisələr olur. Əlimdə dəyişiklik etmək üçün hücum xəttində oyunçu azdır. Adama Diakabi, Yassin Benzya zədəlidir. Futbolçular yaxşı formaya yaxınlaşırdılar. Çempionatın sonuna yaxın daha yaxşı komanda görə bilərik.

 

Çox qol buraxmağımızın əsas səbəbi bizim müdafiədə diqqətsiz olmağımız, rəqiblərin hücumda yaxşı oynaması ilə bağlıdır. Bütün komandalar hücumameyilli oynayır. Əvvəl bizə qarşı sıx müdafiə olunurdular. İndi isə daha çox hücum edirlər.

 

Qara Qarayevin əsas heyətdə yerini itirdiyini demək doğru olmaz. Onun oynadığı matçlar az olmayıb. Hər oyunçunun oynamaq ehtimalı var. Qarşıda Qaranın əsas heyətdə oynadığı matçlar olacaq”.

 

 


OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...