Logo

“Mançester Siti” qalib gəlib “Arsenal”a yaxınlaşdı

“Mançester Siti” qalib gəlib “Arsenal”a yaxınlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə Premyer Liqasında XXVI tura start verilib.

Sfera.az xəbər verir ki, açılış oyununda çempionluğa oynayan “Mançester Siti” və Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda yarışan “Nyukasl” üz-üzə gəlib.

“Etihat” stadionunda keçirilən qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 15-ci dəqiqədə Fil Foden açıb. Görüşdə son nöqtəni 66-cı dəqiqədə Bernardu Silva qoyub.

Bu qələbə sayəsində xallarını 58-ə çatdıran Pep Qvardiolanın komandası turnir cədvəlinin 2-ci pilləsində möhkəmlənib.

“Şəhərlilər” lider “Arsenal”la fərqi azaldıb.

Hazırda “Mançester Siti” London klıubundan 2 xal geri qalır. “Nyukasl” isə 41 xalla 5-cidir.

“Mançester Siti “- “Nyukasl” – 2:0

Qol: F.Foden, 15, Bernardu Silva, 67

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR