Əlaqə saxlamaq olmur, idman cameəsi ondan xəbərsizdir... - Rafael Ağayev “qeybə çəkilib”

Martın 4-də Azərbaycan karateçisi Rafael Ağayevin doğum günü olacaq.
Sfera.az xəbər verir ki, əfsanəvi karateçi 38 yaşını tamamlayacaq. Ad günü ərəfəsində oxu.az “Qara brilyant”la əlaqə saxlayıb, karyerasını vərəqləmək, gələcək planları barədə danışmaq istəyib, lakin alınmayıb.
Rafael sanki “qeybə çəkilib”...
Karateçinin iki telefon nömrəsindən biri işləməyib, digəri də tamam fərqli birində olub.
Daha sonra Rafael Ağayevi tapmaq üçün Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovla əlaqə saxlanılıb. O da uzun müddətdir, idmançı ilə əlaqələrinin olmadığını söyləyib.
Saytın araşdırması nəticəsində məlum olub ki, Rafael Ağayev son zamanlar nömrələrini tez-tez dəyişir və xüsusən idman cameəsindən olan insanlara vermir. Bunun səbəbləri bəlli deyil.
Qeyd edək ki, idmançının sosial media hesablarında da çoxdandır, heç bir paylaşım edilmir.