Logo

Səudiyyə Ərəbistanı çempionatı: Ronaldo yenə 3 qol vurdu

Səudiyyə Ərəbistanı çempionatı: Ronaldo yenə 3 qol vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda "Damak"a qarşı səfər matçında het-trik edib.

Sfera.az xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23, 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər üç qolunun müəllifi olub. Bu, onun dekabrda transfer olunduğu "Əl-Nəsr"lə  Səudiyyə Ərəbistanı çempionatında vurduğu 8-ci qoludur.

Ronaldo daha əvvəl "Əl-Vəhda" ilə görüşdə (4:0) poker etmişdi, "Əl-Fateh"lə oyunda 1 qol vurmuşdu.

Qeyd edək ki, "Əl-Nəsr" turnir cədvəlində 43 xalla 1-cidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR