Logo

“Futbolçular məni lağa qoyurdular” - “Real”ın qapıçısı

“Futbolçular məni lağa qoyurdular” - “Real”ın qapıçısı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər oyununda yol verdiyi səhv barədə danışıb.

Sfera.az xəbər verir ki, belçikalı qolkiper matçdan sonra bu səhvə görə komandanın avtobusunda digər futbolçuların onunla zarafatlaşdığını deyib:

“Avtobusda komandanın digər futbolçuları məni lağa qoyurdular. Amma artıq keçib. Həmin səhvi unutduracaq qurtarışlarım da var idi. 0:2 geri düşsək də, 5 qol vura bildik. Davam etməliyik”.

“Liverpul” - “Real” oyununun 14-cü dəqiqəsində Kurtua kobud səhvə yol verərək rəqib komandanın hücumçusu Məhəmməd Salahın fərqlənməsinə şərait yaradıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR