Logo

Bu üç klub Messini transfer etmək istəyir

Bu üç klub Messini transfer etmək istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2 mövsüm öncə 20 il formasını geyindiyi "Barselona"dan ayrılıb, PSJ-yə keçən Leonel Messinin cari mövsümün sonu klubla müqaviləsinin müddəti başa çatır.

Sfera.az xəbər verir ki, 3 klub argentinalı ulduz uğrunda "savaşır".

PSJ klubu Messinin komandadan ayrılmasını istəmir və futbolçu ilə yeni sözləşmə üzrə danışıqlar aparır. Bir müddətdir davam edən görüşlərdə hələ ki, bir qərar verilməyib.

Bundan əlavə, hücumçu ilə "Barselona" və MLS-dən "İnter Mayami" klubları maraqlanır. Ötən günlərdə Leo Messinin atası və agenti Jorje Kataloniya təmsilçisinin prezidenti Joan Laporta ilə görüşüb. Laporta argentinalının geridönüş üçün şərtlərini öyrənib və futbolçunun qayıdışına müsbət yanaşır.

Sahibi Devid Bekhem olan "İnter Mayami"nin idman direktoru Fil Nevil isə bu ifadələri səsləndirib və transfer hədəflərini açıqlayıb: "İnkar etməyəcəm, Messi və Busketslə maraqlanırıq".

Messinin iyun ayında qərar verəcəyi gözlənilir.(Offsideplus.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR