Logo

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası açıqlandı

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası müəyyənləşib.

AFFA İntizam Komitəsi rusiyalı mütəxəssisə 2 oyunluq diskvalifikasiya verib.

Buna səbəb Musayevin Premyer Liqanın XXIII turunda “Turan Tovuz”la matçda texniki zona qaydalarını pozaraq hakimə etiraz etməsi olub. Komandasının 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada mütəxəssisin qırmızı vərəqə alması “Sabah”ı 1600 manat ziyana salıb.

“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılması ucbatından bakılılar daha 1600 manat cərimələniblər.

“Turan Tovuz” isə 4 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəməli olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR