Logo

“Gent”in futbolçusu: “Qarabağ”ın sol cinahı xüsusilə təhlükəlidir”

“Gent”in futbolçusu: “Qarabağ”ın sol cinahı xüsusilə təhlükəlidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı xüsusilə təhlükəlidir”.

Sfera.az-ın məlumatına görə, bunu “Gent”in futbolçusu Jülyen De Sart Belçikada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın Avropa Liqası səviyyəsində komanda olduğunu bildirib:

“Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok matçı olacaq. Ona görə də meydanda hər şeyimi verməyə həvəsliyəm”.

Qeyd edək ki, fevralın 23-də “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR