Logo

Azərbaycan para-atletləri Qran-pridə iştirak edəcəklər

Azərbaycan para-atletləri Qran-pridə iştirak edəcəklər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan para-atletləri Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Qran-pridə iştirak etmək üçün Dubaya yola düşüblər.

Milli Paralimpiya Komitəsindən Sfera.az-a verilən məlumata görə, yarışda Elvin Astanov, Elçin Muradov və Lamiyə Həsənova mübarizə aparacaq.

Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran Qran-pridən öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş para-atletlər yarışda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Qran-pri fevral 22-də başlayacaq və martın 2-dək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR