Logo

Arda Turanın məşqçilik karyerası başlayır - Yeni ünvanı məlum oldu

Arda Turanın məşqçilik karyerası başlayır - Yeni ünvanı məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qalatasaray”da futbolçu karyerasına son qoyduqdan sonra heç bir klubda çalışmayan Arda Turan məşqçilik yolunda addımlayır.

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Qalatasaray"la müqaviləsi başa çatan Arda Turan baş məşqçi postuna doğru addımlayır.

Əvvəllər məşqçilik təcrübəsi olmayan Arda Turan məşqçilik karyerasına Ümit Milli Komandasında başlayacaq.

30 yanvar 1987-ci ildə Bayrampaşada anadan olan Arda Turan qazandığı uğurlarla Türkiyədə və dünyada adından söz etdirib. Sarı-qırmızılı komanda ilə yanaşı, “Manisaspor”, “Atletico Madrid”, “Barselona” və “Medipol Başakşehir” formalarını geyinib.

Türkiyədə “Qalatasaray”la 3 dəfə kubok qazanan Arda İspaniya karyerasında “Atletiko Madrid” və “Barselona” ilə 11 kubok qazanıb. İspaniyanın iki mühüm klubunda 6 mövsüm keçirən və 233 matça çıxan Arda Turan ümumilikdə 37 dəfə qola imza atıb.

Superliqada 215 matçda iştirak edən təcrübəli futbolçu 36 dəfə rəqib şəbəkələri silkələyib. O, liqada “Qalatasaray”la 166, “Medipol Başakşehir”lə 34, “Manisaspor”la isə 15 matça çıxıb.

“Qalatasaray” forması ilə 32 qola imza atan Arda Turan “Manisaspor” və “Medipol Başakşehir”də iki dəfə topu qapıya göndərib. Türkiyə kubokunda ümumilikdə Arda 29 matçda iştirak edib və 8 qol vurub.

Arda Turan "Qalatasaray"la iki fərqli dövrdə oynayıb. 2004-2005 mövsümündə böyüdüyü "Qalatasaray"da birinci liqa matçında forma geyinən təcrübəli futbolçu növbəti mövsüm Manisasporda icarə əsasında keçirdikdən sonra yenidən doğma komandasına qayıdıb.

Arda “Qalatasaray”dakı ilk dönəmində 189 rəsmi matçda iştirak edib. Təcrübəli futbolçu bu qarşılaşmalarda 44 dəfə qapını silkələyib. Bu müddətdə Arda Turan sarı-qırmızılı forma ilə Super Liqa, Türkiyə Kuboku və TFF Super Kubokunu qazanıb.

Futbolçunun "Qalatasaray"dakı ikinci müddəti 6 avqust 2020-ci ildə başlayıb. Təcrübəli futbolçu kimi futbola başladığı kluba qayıdan Arda Turan "Qalatasaray"da 2-ci dönəmində Superliqada 39, avrokuboklarda 6, Türkiyə kubokunda 1 oyun keçirib. Onun liqada cəmi 4 qolu var.

2011-ci ildə 24 yaşında rekord bir transfer haqqı ilə "Atletiko Madrid"ə transfer olunub. Təcrübəli futbolçu 13 milyon avro qarşılığında İspaniya komandasına qatılıb. Bu rəqəm o zaman Türkiyədə 13 milyon avroya transfer edilən yerli futbolçu üçün ödənilən ən yüksək transfer qiyməti olaraq qeydə alınıb.

4 mövsüm çıxış etdiyi "Atletiko Madrid"də də ciddi uğurlar qazanıb. İspaniya yığması ilə 178 rəsmi matçda 22 qol vurub.5 çempionluq, bir UEFA Avropa Liqası, bir İspaniya Superkuboku və bir UEFA Super Kuboku qazanıb. “Atletico Madrid” klubu 2011-2015-ci illər arasında 178 dəfə forma geyinən keçmiş futbolçu Arda Turana plaket verib.

Arda Turan futbolçu karyerasının zirvəsini isə 2015-2016 mövsümündən əvvəl transfer etdiyi “Barselonda yaşayıb. “Atletiko Madrid”dən 34 milyon avroluq transfer qarşılığında “Barselona”ya keçən təcrübəli futbolçu 55 matçda forma geyinib. Kataloniya komandasnda topu 15 dəfə tora çatdırıb. "Barselona" ilə o, La Liqa, iki Kral Kuboku, İspaniya Superkuboku, FIFA Klublararası Dünya Kuboku, UEFA Super Kuboku qazanıb.

2017-2018 mövsümünün ilk yarısında "Barselona"da oynamaq şansı tapa bilməyən Arda Turan fasilədə "Medipol Başakşehir"ə icarəyə verilib. Təxminən 2 il narıncı-göylülər komandada çıxış edən Arda Turan 39 rəsmi oyun keçirib və 2 qol vurub. Geridə qalan mövsümün ortalarında “Medipol Başakşehir”dən ayrılan milli futbolçu mövsümün ikinci yarısını futbol oynamadan bitirib.Arda böyük ümidlərlə transfer olduğu “Medipol Başakşehir”də gözlənilənləri verə bilməyib.

Türkiyə Milli Futbol Komandasının 100 matçında iştirak edən və 17 dəfə rəqib qapılarına top atan Arda Turan ay ulduzlu forma altında bombardirlər sıralamasında da 9-cu yerdədir. Xüsusi matçda meydana çıxan Arda , 2008 və 2016 Avropa Çempionatlarında aypara ulduz forması altında çıxış edib.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR