Logo

Ramilin penaltisini qaytaran “Gent”in qapıçısından yumoristik AÇIQLAMA

Ramilin penaltisini qaytaran “Gent”in qapıçısından yumoristik AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Gent”in qapıçısı Deyvi Rof Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bildirib.

Sfera.az verir ki, belçikalı qolkiper klubun mətbuat xidmətinə açıqlamasında əvvəlcə penaltini dəf etməsi ilə bağlı danışıb. Bu zaman o, yumoritstik fikir səsləndirib və penaltini qaytarmaqda ona ayaq ölşüçüsünün uzun olmasını göstərib: “Penaltini dəf etməyim xoş idi. Bir az şanslı idim. Çünki yerimdən çox tez tərpəndim. Xoşbəxtlikdən butsumun ölçüsü 48.5-dir və mən buna görə topa çata bildim”.

Rof məğlubiyyətin üzücü olduğunu deyib: “Uğursuz zərbəmdən sonra qol buraxdıq. Rəqib kiçik bir səhvə görə dərhal cəzalandırmağı bacarır.  Şübhəsiz ki, cavab matçında bunu düzəltmək şansımız var. Belçikada buradakı ilk hissədəki kimi oynamalı olacağıq. “Qarabağ” çox ağıllı komandadır.  Səhv etməyimizə çalışacaq”.

Qeyd edək ki, “Gent”lə “Qarabağ” arasında cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.(Qol.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR