"Qarabağ" "Gent"ə qalib gəldi - YENİLƏNDİ
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçika "Gent"inin start heyətləri açıqlanıb.
Sfera.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo
Baş məşqçi: Heyn Vanhazebruk
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
***
Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb.
Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşma saat 21:45-də başlayıb.
Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.
Bundan əlavə, fubtolçular meydana "yanınızdayız" pankartı ilə çıxıblar.
Görüşü Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.
***
Matçın 52-ci dəqiqəsində Ramil Şeydayev penaltidən yararlana bilmədi.
***
"Qarabağ" 78-ci dəqiqədə Andradenin qolu ilə hesabda önə keçdi: 1-0.
***
"Qarabağ" "Gent"ə 1-0 hesabı ilə qalib gəldi. Cavab qarşılaşması Belçikada keçiriləcək.






