Logo

Türkiyə milli komandasının kapitanı və azyaşlı oğlu zəlzələdə HƏLAK OLDU - FOTO

Türkiyə milli komandasının kapitanı və azyaşlı oğlu zəlzələdə HƏLAK OLDU - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin həndbol milli komandasının kapitanı Camal Kütahya və beş yaşlı oğlu Çınar Hatayda zəlzələdə həyatını itirənlər arasındadırlar.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Həndbol Federasiyasının sosial şəbəkə hesabında məlumat verilib.

“Antakyada yaşadığı evin dağıntıları altında qalan həndbol millimizin kapitanı Camal Kütahya və oğlu Çınar Kütahyanın vəfatını dərin hüznlə öyrəndik. Türkiyə Həndbol Federasiyası olaraq kapitanımız Cemal Kütahya və oğlu Çınar Kütahyaya Allahdan rəhmət, kədərli yaxınlarına səbir və başsağlığı diləyirik.

İllərdir ölkəmizi ən yüksək səviyyədə uğurla təmsil edən Camal Kütahyanın adının yaşaması üçün əlimizdən gələni edəcəyik.

Ölkəmizə verdiyin hər şeyə görə sizə təşəkkür edirəm, Camal. Biz sizdən razıyıq, sizi unutmayacağıq”, - deyə paylaşımda bildirilib.

Yeri gəlmişkən, qeyd edək ki, “Hatayspor”un futbolçusu Kristian Atsu və idman direktoru Taner Savut da həmin binanın dağıntıları altında qalıblar. Onlardan da bu günə qədər xəbər yoxdur.

Türkiyə milli komandasının kapitanı və azyaşlı oğlu zəlzələdə HƏLAK OLDU - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR