“Bizi bağışlayın, davam edəcək vəziyyətdə deyilik” - Baş məşqçi

“Bizi bağışlayın, davam edəcək vəziyyətdə deyilik” - Baş məşqçi

“Yeni Malatyaspor”un baş məşqçisi Yılmaz Vural zəlzələdə həyatını itirən qapıçı Ahmet Eyüp Türkün vəfat etməsi və fəlakət səbəbindən komandanın psixoloji cəhətdən çökdüyünü bildirib.



Sfera.az bildirir ki, baş məşqçi Yılmaz Vural TV100-də canlı yayımda zəlzələdə itirdikləri qapıçı Ahmet Eyüp Türkaslanın ölümü ilə bağlı hisslərini bölüşüb. Özünün və komandanın çox çətin vəziyyətdə olduğunu bildirən Vural TFF-yə zəng edib.



Zəlzələnin dağıdıcı təsirini izah edən Vural:



“Yardımcı məşqçim və mən dördümüz gecə saat 3-də Elazığdan çıxdıq. Malatyaya, oradan da Qaziantepə getdik, dəfn işlərini tamamladıq. Zəlzələnin mərkəzi olan Pazarcıkdan keçdik. O yeri görsəniz ağlayardınız. Evlər dağılıb, qarmon kimi olub. Qardaşımızın və övladımızın itkisi hamımızı çox kədərləndirdi. Bu, bizim uşağımız idi”- deyə bildirib.



TFF-nin liqaları bir həftə təxirə salma qərarı ilə bağlı danışan Vural:



“Federasiyamızdan geri qalan hissədə "Yeni Malatyaspor"u bağışlamasını xahiş edirik. Davam edəcək vəziyyətdə deyilik. Sabah federasiyamızın toplantısı var, onlar qərar verəcək. İndiki psixologiya ilə əcnəbi oyunçularım şəhəri tərk edib.Afrikadan Avropadan gələnlər var, getmək istəyirlər, onların qarşısını ala bilmirik. Türk futbolçularımın hamısı evdədir, onları bura gətirə bilmirik. Çünki bura daxil ola bilmərik. Ahmetin otağının qarşısından keçəcəklər.Biz bu psixologiya ilə bu yarışı davam etdirəcək vəziyyətdə deyilik”.



“Kaş ki, onlar da geri qayıtmasaydılar”



Vural komandaya verdiyi məzuniyyətdən sonra Malatyalı futbolçuların şəhərə qayıtmasından təəssüfləndiyini bildirib: "Rize matçından sonra futbolçularıma 2 gün istirahət verdim. Malatyalı futbolçularım qayıtdılar. Kaş qayıtmasaydılar. Komandanın digər oyunçularına və direktorlarına heç nə olmadı”.

 

Aynil


OXŞAR XƏBƏRLƏR