“Hatayspor”un futbolçusu dağıntılar altında qaldı

“Hatayspor”un futbolçusu dağıntılar altında qaldı

“Porto”, “Çelsi”, “Nyukasl Yunayted” kimi komandalarda çıxış edən Qanalı futbolçunun dağıntılar altında qaldığı bildirilib.



Sfera.az bildirir ki, Türkiyəni sarsıdan zəlzələdə bir müddət Premyer Liqada da meydana çıxan "Hatayspor"un qanalı hücumçusu Kristian Atsu dağıntılar altında qalıb.



7,8 bal gücündə zəlzələdə dağıntılar altında qaldığı bildirilən Atsu ilə yanaşı, Hatayspor İdman Direktoru Taner Savut da dağıntılar altında qalıb və hər ikisi ilə əlaqənin mümkün olmadığı bildirilib.



Daha əvvəl "Çelsi", "Everton", "Bornmut", "Nyukasl Yunayted" kimi komandalarda forma geyinən Atsu bu mövsüm "Hatayspor"da 3 oyunda qol vurub.



Ötən mövsüm Səudiyyə Ərəbistanının “Əl Raed” komandasında çıxış edən 31 yaşlı futbolçu Hollandiyanın “Vitesse” və Portuqaliyanın “Porto” və “Rivo Ave” komandalarının da uğurları üçün tər töküb.



Qana Milli Komandası ilə 65 oyun keçirən və 9 qol vuran futbolçunun fanatları Atsunun vəziyyətini narahatlıqla izləyərkən, “Nyukasl Yunayted” də futbolçudan şad xəbər gözlədiklərini açıqlayıb.



“Hatayspor” baş məşqçisi Volkan Dəmirəl Hataydan kömək gözlədiklərini bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR