Logo

"Yuventus"a daha bir şok cəza verilə bilər

"Yuventus"a daha bir şok cəza verilə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA qarşıdakı mövsümlərdə "Yuventus" klubunu avrokuboklardan kənarlaşdıra bilər.

Sfera.az xəbər verir ki, Avropanın ali futbol qurumu "Yuventus"u klubun maliyyə pozuntuları ilə bağlı işin digər istiqaməti - maaş saxtakarlığı ilə bağlı "qeyri-idman davranışına" görə Avropa yarışlarından kənarlaşdıra bilər. Belə pozuntuların faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti öyrənəcək.

2021-ci ildə "Yuventus" maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə 3,5 milyon avro cərimələnib. Yaxın 3 ildə Turin təmsilçisinin başqa maliyyə pozuntularına yol verdiyi sübut olunarsa, cərimənin məbləği 23 milyon avroya qədər artacaq. İtkilərin miqdarından asılı olaraq, "Yuventus" bir mövsümdən çox avrokuboklardan uzaqlaşdırıla bilər.

Xatırladaq ki, Turin təmsilçisi 15 xalı silindikdən sonra A Seriyasında 10-cu pilləyə düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR