Logo

“Neftçi” “Srvena Zvezda”ya uduzdu

“Neftçi” “Srvena Zvezda”ya uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Sfera.az xəbər verir ki, Laurentsiu Regekampf komandası “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 4-cü dəqiqədə Nemanya Motika vurub.

"Srvena Zvezda" Serbiya Superliqasında mübarizə aparır və hazırda 19 turdan sonra 53 xalla liderdir.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb. Komanda sabah vətənə qayıdacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR