Logo

FIFA “Qalatasaray”ın transfer qadağasını ləğv edib

FIFA “Qalatasaray”ın transfer qadağasını ləğv edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FIFA Türkiyə klubu “Qalatasaray”ın transfer qadağasını ləğv edib.

Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı ali futbol qurumundan məktub alıb.

“Cim-bom” uruqvaylı futbolçu Lukas Toreyranın keçidi zamanı ilk klubu olan İtaliya “Peskara”sına 18 500 dollarlıq yetişdirmə pulunu gecikdirdiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşib. Həmin məbləğ artıq ödənilib və FIFA dərhal qərarın qüvvədən düşdüyünü bildirib. Bu isə o deməkdir ki, “sarı-qırmızılılar” qış dönəmində transfer edə bilərlər.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 18 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR