Logo

“Sumqayıt” Rusiya klubuna uduzdu

“Sumqayıt” Rusiya klubuna uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Sfera.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Rusiya klubu “Krılya Sovetov”la qarşılaşıb.

“Titanic Mardan” hotelinin meydançasında baş tutan oyunda Azərbaycan komandası 0:1 hesabı ilə məğlub olub. “Krılya Sovetov” qalibiyyət qolunu 87-ci dəqiqədə vurub. Bununla Antalya toplanışını tamamlayan Samir Abasovun komandası sabah Vətənə qayıdacaq.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR