“Çelsi” 3 oyun sonra qələbə qazandı, “Nyukasl” tək qola sevindi – VİDEO
Kateqoriya məlum deyil
İngiltərə Premyer Liqasında XX tur davam edir.
Sfera.az xəbər verir ki, turun maraqlı matçlarından biri Londonda baş tutub.
“Çelsi” “Kristal Palas”ı qəbul edib. Son oyunlarda yaxşı təsir bağışlamayan və 3 matçdır qələbə üzünə həsrət qalan “zadəganlar” nəhayət bu sevinci yaşaya biliblər. Kay Havertzin yeganə qolu “Çelsi”yə 3 xal qazandırıb.
“Nyukasl” isə “Fulhem”i qəbul edib. Bu oyunun da taleyini tək qol həll edib. İsak 89-cu dəqiqədə dəqiq oynayıb.
Qeyd edək ki, günün mərkəzi oyunu “Arsenal”la “Tottenhem” arasında oynanılacaq.






