“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzatdı
Kateqoriya məlum deyil
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu yayıb.
Bildirilib ki, 29 yaşlı qapıçı ilə imzalanmış yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da oynayır.






