Logo

Messi və Ronaldonun üzə-üzə gələcəkləri qarşılaşmanın vaxtı MƏLUM OLDU

Messi və Ronaldonun üzə-üzə gələcəkləri qarşılaşmanın vaxtı MƏLUM OLDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın PSJ klubu qış təlim-məşq toplanışını Qətər və Səudiyyə Ərəbistanında keçirəcək.

Sfera.az Championat.com-a istinadən xəbər verir ki, PSJ yanvarın 17-də Qətərin paytaxtı Dohaya uçacaq və orada 2022-ci il dünya çempionatının stadionlarından birində məşq edəcək.

Bundan sonra Fransa nəhəngi Ər-Riyada yollanacaq və yanvarın 19-da Səudiyyə Ərəbistanının iki əsas yerli klubu “Ən-Nəsr” və “Əl-Hilal” klubları ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonunda Səudiyyə Ərəbistanı klubuna keçən Kriştianu Ronaldo “Ən-Nəsr”in heyətində PSJ-yə qarşı mübarizə apara bilər.

Bu qarşılaşma portuqaliyalı üçün yeni komandasında debüt oyunu da ola bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR