Logo

Ronaldo Səudiyyə Ərəbistanında bu tarixdə meydana çıxacaq - Dəqiqləşdi

Ronaldo Səudiyyə Ərəbistanında bu tarixdə meydana çıxacaq - Dəqiqləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi tarix müəyyənləşib.

Sfera.az xəbər verir ki, bu haqda “L'Equipe” nəşri məlumat yayıb.  Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

O vaxta qədər portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.

Ronaldo daha əvvəl 2023-cü ildə “Əl Nəsr”in ilk matçını buraxmışdı.  Həmin görüşdə komanda "Əl-Tai"ni məğlub edib (2:0). Növbəti oyunda “Əl-Nəsr” yanvarın 14-də “Əl-Şəbab”la qarşılaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR