Logo

“Qarabağ” 10 milyonluq futbolçunu transfer edir - FOTO

“Qarabağ” 10 milyonluq futbolçunu transfer edir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub.

Bu, 2022-ci ilin yayından azad agent olan Adama Diakabidir. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı vingerlə  tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Diakabinin "Qarabağ”ın düşərgəsinə qoşulması barədə ilk ilk xəbəri futbolinfo.az saytı yazıb.

Xatırladaq ki, "Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola "Renn”də başlayıb.  O, 2017-ci ildə "Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra "Haddersfild”ə,  2020-ci ildə  "Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə  "Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.

Yenisabah.az

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR