Logo

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfsanəvi braziliyalı futbolçu Pelenin (Edson Arantes do Nascimento) anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.

Sfera.az xəbər verir ki, bunu üçqat dünya çempionunun bacısı Mariya Nascimento açıqlayıb.

"Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil", - deyə o bildirib.

Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib.

Xatırladaq ki, üçqat dünya çempionu Pele 82 yaşında dünyasını dəyişib. Noyabrın 29-da Braziliya millisinin sabiq futbolçusu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub.

Daha əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni verməyi dayandırdığı bildirilirdi.

Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR