Ərəb klubuna keçən Ronaldodan İLK AÇIQLAMA: "Başqa ölkədə və liqada..."
Kateqoriya məlum deyil
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olan portuqaliyalı futbolçu Kriştiano Ronaldo yeni klubunda ilk açıqlamasını verib.
Sfera.az Al Arabiya-ya istinadən məlumatına görə, 37 yaşlı portuqaliyalı bildirib ki, özünü başqa ölkədə və yeni liqada sınamağı səbirsizliklə gözləyir.
“Ən-Nəsr”in baxışı çox ruhlandırıcıdır. Mən öz tərəfdaşlarıma qoşulduğum üçün xoşbəxtəm, biz birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edəcəyik”, – deyə K.Ronaldo bildirib.
Qeyd edək ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayıb.






