Logo

Qurban Qurbanovla bağlı AÇIQLAMA: "2022-ci il üçün..." 

Qurban Qurbanovla bağlı AÇIQLAMA: "2022-ci il üçün..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən yaxşı baş məşqçilərinin 2022-ci il üçün yekun reytinqi açıqlanıb.

Sfera.az-ın Apasport.az-a istinadən məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 207-cidir. “Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk “üçlük”də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR