Logo

Messinin Ronaldo ilə bağlı verdiyi cavab hər kəsi duyğulandırdı – VİDEO

Messinin Ronaldo ilə bağlı verdiyi cavab hər kəsi duyğulandırdı – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol dünyasında ən maraqlı rəqabət sayılan Messi və Ronaldo mübarizəsi meydandan kənarda hörmət və ləyaqəti ilə gündəmdədir.

Sfera.az xəbər verir ki, Dünya Kubokunun qalibi olan Argentina millisinin üzvü Lionel Messi ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı təqdirəlayiq açıqlama verib. Radio proqramına qoşulan Lionel Messi aparıcaların suallarını cavablandırıb.

Argentinalı ulduza, "Sizcə Messinin olmadığı siyahıda dünyanın ən yaxşı futbolçusu kimdir?” sualı ünvanlanıb. Messi suala cavab olaraq Neymar, Mbappe, Azard, Suares və Agueronun adlarını çəkib. Daha sonra aparıcılar Lionel Messiyə Kriştiano Ronaldonun siyahıda olmadığı xatırladılıb.

Messinin cavabı isə belə olub: "Onu özümlə siyahıdan çıxardım”.

Qeyd edək ki, Lionel Messinin Kriştiano Ronaldonu özü ilə eyni tərəziyə qoyması futbol icytimaiyyəti tərəfindən böyük rəğbət və alqışla qarşılanıb.

(baku.ws)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR