Logo

Rusiya bu idman növünə ev sahibliyi edə bilməyəcək - FİB qərarını açıqladı

Rusiya bu idman növünə ev sahibliyi edə bilməyəcək - FİB qərarını açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2023-cü ildə  bandi (buz üstündə topla xokkey oyunu – red.) xokkeyi üzrə Dünya Çempionatının Rusiyada keçirilməsinə icazə verilməyəcək.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı qərarı Beynəlxalq Bandi Federasiyası (FIB) verib.

Əvvəlki qərara əsasən, gələn il dünya çempionatı Rusiyanın İrkutsk şəhərində olmalı idi. Yeni qərarla çempionat İsveçdə keçiriləcək.

Yeni qərardan sonra Rusiya və Belarus sözügedən çempionatda iştirak etməyəcək. 2023-cü ildə qadın və kişi komandaları arasında dünya çempionatı İsveçin Oby və Växjö şəhərlərində keçiriləcək.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR