“Mən dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm” - Corcina Rodrigez
Kateqoriya məlum deyil
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez maraqlı açıqlamalar verib.
Sfera.az xəbər verir ki, o, dünyanın ən yaxşı futbolçusunun sevgilisi olduğunu bildirib:
“Ronaldo ilə ilk baxışdan bir-birimizə aşiq olduq. Onu görəndə zaman dayandı mənim üçün. Bu qədər yaraşıqlı və diqqətli kişi görməmişdim. Mən dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm. O, gördüyüm ən yaxşısıdır. Onunla münasibət qurmağım bir çox arzularımın qarşısını aldı, amma hər şey gözəldir”.






