Logo

Vüsal Qurbanov: "Bölgələrdə avarçəkmə inkişaf etdiriləcək"

Vüsal Qurbanov: " Bölgələrdə avarçəkmə inkişaf etdiriləcək "
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi,  Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) illik hesabatı keçirilir.

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən AKAF-ın mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov vurğulayıb ki, federasiya üçün ən önəmli məqam işğaldan azad olunan Qarabağda beynəlxalq yarışın təşkil edilməsi olub:

“Ölkə başçısı İlham Əliyevin tədbirdə iştirakı da idmançılarımıza göstərilən qayğının nəticəsidir. İdmançılarımızdan Diana Dimçenko Dünya Kubokunda 4-cü yeri tutdu. Ondan böyük nəticə gözləyirdik, gözləntilərimizi doğrultdu. Avropa və dünya çempionatlarında uğurlu çıxış edərək, federasiyamızı tanıtdı".

V.Qurbanov bölgələrdə avarçəkmənin inkişaf etdiriləcəyini də qeyd edib:

"AKAF-la Avropa Kanoe Federasiyası arasında görüş baş tutdu. Bizim fəaliyyətimizdən məmnunluqlarını bildirdilər. Layihələrimizdən biri də bölgələrdə avarçəkmənin inkişaf etdirilməsidir. Eyni zamanda biz avarçəkməni paytaxt Bakıya qaytardıq. Artıq dekabrın 24-də Xəzər dənizində də məşqlərə başlayacağıq”.

Nuh

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR