Ronaldo bu komandaya transfer ola bilər
Kateqoriya məlum deyil
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo xüsusi dəvətlə Dubaya səfərə yollanacaq.
Sfera.az xəbər verir ki, görüşə səbəb Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubuna qoşulmaq təklifi almasıdır.
Futbolçuya 2 il 5 aylıq müqavilə və hər mövsümə 200 milyon dollar təklif olunub.
Həmçinin, Ronaldoya 2030-cu ildə keçiriləcək dünya çempionatının səfiri olmaq təklifi də edilib.
Qeyd edək ki, Ronaldo noyabr ayında "Mançester Yunayted" ilə yollarını ayırıb.






