“Neftçi” legioneri ilə müqaviləni pozdu
Kateqoriya məlum deyil
“Neftçi” futbolçusu Mamadu Mbocla vidalaşıb.
Klubun rəsmi saytından verilən məlumatına görə, seneqallı müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.






