Logo

Azərbaycan Kubokunda sensasiya: "Qarabağ" büdrədi

Azərbaycan Kubokunda sensasiya: "Qarabağ" büdrədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Sfera.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" turnirin son qalibi "Qarabağ"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 71-ci dəqiqədə Ramon Maçado vurub. İlk görüş 2:2 hesabı ilə başa çatdığı üçün "Qəbələ" yarımfinala yüksəlib.

"Qırmızı-qaralar" bu raundda "Sabah" - "Səbail" cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR