Logo

Ərdoğan Argentinanı təbrik etdi 

Ərdoğan Argentinanı təbrik etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən dünya çempionatında qalib olması münasibətilə Argentina yığmasını təbrik edib.

Sfera.az xəbər verir ki, Türkiyə lideri bu barədə özünün sosial media hesabında yazıb.

"Tarixin ən gərgin final matçlarından birinin dünya çempionu olmuş Argentinanı və bütün argentinalıları səmimi qəlbdən təbrik edirəm", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, final matçının penaltilər seriyasında Fransaya qalib gələn Cənubi Amerika təmsilçisi üçqat dünya çempionu olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR