DÇ-2022: Argentina - Fransa matçında ikinci hissə başlayıb - YENİLƏNİR
Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
Sfera.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.
***
Argentina və Fransa yığmaları arasında keçirilən final görüşündə hesab açılıb.
Sfera.az xəbər verir ki, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə çıxarıb.
Gərgin keçən matçın 36-cı dəqiqəsində Di Mariya Argentinanın ikinci qoluna imza atıb.
***
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçı başlayıb.
Sfera.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Argentina yığmasının start heyətində Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares yer alıblar.
Fransa seçməsinin heyətində isə meydana Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizman, Kilyan Mbappe, Usman Dembele, Olivye Jiru çıxıblar.
Matçı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir. Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək göstərirlər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirir.
Görüşün VAR hakimi isə Tomaş Kvyatkovskidir.






