İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırıldı
Kateqoriya məlum deyil
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Sfera.az-ın məlumatına görə, hotellərin birində baş tutan tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.
50 yaşlı mütəxəssis 67 jurnalist arasında təşkil olunan səsvermədə 54 səslə birinci olub.
O, 2009-cu ildən bu yana keçirilən sorğuda hər il bu mükafata layiq görülüb.






