\"Qarabağ\"dan azarkeşlərinə SÜRPRİZ: \"Dekabrın 17-də...\" - FOTO

\

"Qarabağ" Futbol Klubu azarkeşlərə şad xəbər verib.

 

Sfera.az bildirir ki, klub sosial şəbəkə hesabında fan şopla bağlı məlumat paylaşıb.

 

“Dekabrın 17-də saat 17:00-dan 20:30-dək futbolçularımız Qara Qarayev və Kadi Borges “Park Bulvar”dakı fan şopumuzda qonaq olacaqlar. Həmin gün imzalı formaları futbolçulardan ala biləcəksiniz!”, deyə məlumatda qeyd olunub.

 

Bildirilib ki, azarkeşlər yalnız həmin gün, qeyd olunan saatlarda 22 faiz endirim əldə edə biləcək: “Bu da son deyil. Sürpriz endirimlər və yeni il hədiyyələri də sizi gözləyir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR