Logo

Qurban Qurbanovun oğlu BU KLUBDA oynaya bilər - FOTO

Qurban Qurbanovun oğlu BU KLUBDA oynaya bilər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu, Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu ölkənin “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi Qurbanlını heyətinə cəlb etmək istəyir. Yeganə problem kimi gənc forvardın “Qarabağ”la müqaviləsinin 2024-cü ilin yayına qədər qüvvədə olması göstərilib. Lakin vurğulanıb ki, “Poqon” onun transferi müqabilində Azərbaycan çempionuna təzminat ödəməyə razıdır.

Xatırladaq ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qola imza atıb.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR