Logo

Yarımfinal görüşləri nə vaxt keçiriləcək? - DÇ-2022

Yarımfinal görüşləri nə vaxt keçiriləcək? - DÇ-2022
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci il futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulub.

Sfera.az xəbər verir ki, rəqiblərinə qalib gələn 4 komanda adını yarımfinala yazdırıb. İlk oyunda penaltilərdən sonra Xorvatiya Braziliyanı turnirdən kənarlaşdırıb. İkinci 1/4 final matçında Argentina da penaltilər seriyasında Hollandiyanı mübarizədən kənarlaşdırıb.

Üçüncü oyunda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş tarixində ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Son dörddəbir final matçında isə Fransa İngiltərəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni cibinə qoyub.

Dünya çempionatının yarımfinal oyunlarının keçiriləcəyi tarix və vaxt belədir:

Çərşənbə axşamı, 13 dekabr
23:00 Argentina – Xorvatiya

Çərşənbə, 14 dekabr
23:00 Fransa – Mərakeş

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR