Argentina və İngiltərə finala çıxacaq, BU ÖLKƏ QALİB OLACAQ – Tanınmış analitikdən AÇIQLAMA

Argentina və İngiltərə finala çıxacaq, BU ÖLKƏ QALİB OLACAQ – Tanınmış analitikdən AÇIQLAMA

Futbol üzrə dünya çempionatı sona yaxınlaşmaq üzrədir. Bundan öncəki 2 çempionatın qalibinin adını düz tapan tanınmış iqtisadçı, analitik Yoahim Klement bu çempionatla da bağlı proqnozunu açıqlayıb.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Klement hazırladığı iqtisadi model əsasında İngiltərənin və Argentinanın finala çıxacağını, finalda Argentinanın qalib gələcəyini proqnozlaşdırır.

 

Xatırladaq ki, Klement daha öncə 2014 və 2018-ci illərdəki modelləri ilə qalibin adını düz tapmışdı. İqtisadçı bu ilin sentyabrında dünya çempionatı ilə bağlı proqnozunu açıqlayıb.

 

O, yeni açıqlama verərək sentyabrdakı proqnozunu təkrarlayıb. İqtisadçı Argentinanın kuboku qazanacağını bildirib.

 

Qeyd edək ki, Klement futbol proqnozunda 4-dən çox faktora əsaslanan modelləşdirmədən istifadə edir. Bu amillər iqlim, əhali, adambaşına düşən gəlir və mədəniyyətlə bağlı göstəricilərdən ibarətdir. Klementin fikrincə, futbolda ən yaxşı çıxış edən mülayim iqlimi, çoxlu əhalisi, adambaşına düşən gəliri yüksək olan və ilboyu futbola uyğun gələn ölkələrdir. Klement Hindistan, Çin və Hollandiyanın bu modelə uyğun gəlmədiyini də bildirir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...