Logo

Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi istefa verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

Sfera.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.

O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.

Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR