Logo

Azarkeşlər Ronaldonun millinin start heyətində yer almasını istəmir

Azarkeşlər Ronaldonun millinin start heyətində yer almasını istəmir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Portuqaliyalı azarkeşlərin böyük əksəriyyəti hesab edir ki, Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatında millinin heyətində start "11-lik"də oynamamalıdır.

Sfera.az xəbər verir ki, “A Bola” nəşrinin oxucular arasında apardığı sorğudan sonra bu nəticəyə gəlmək olar.

Sözügedən sorğunun  mahiyyəti Ronaldonun yığmanın əsas heyətində meydana çıxmağa layiq olub-olmaması olub.

Nəticədə respondentlərin 70,5%-i “xeyr”, 29,5% -i isə "bəli" cavabını verib.

Xatırladaq ki, qrup mərhələsində Ronaldo komandasının hər üç oyununda ilk dəqiqələrdən meydana çıxıb.

Qeyd edək ki, Qətərdə keçirilən mundialın 1/8 finalında portuqallar İsveçrə ilə qarşılaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR