Logo

Mərakeş millisi 36 il əvvəlki uğurunu təkrarladı

Mərakeş millisi 36 il əvvəlki uğurunu təkrarladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Mərakeş millisi 36 il əvvəlki rekordunu təkrarlayıb.

Sfera.az Apasport.az saytına istinadla xəbər verir ki, Şimali Afrika təmsilçisi 1986-cı ildə Meksikada keçirilmiş mundialda da qrup lideri olmuşdu.

Maraqlıdır ki, Mərakeş həmin vaxt da F qrupunda yer almış və qrupu 1-ci sırada bitirmişdi. Həmin vaxt İngiltərə, Polşa və Portuqaliyanın yer aldığı qrupu 4 xalla lider bitirməyi bacaran Afrika ərəbləri 1/8 finalda sonradan finalçı olan Qərbi Almaniyaya 0:1 uduzaraq mundialla vidalaşmışdı.

Qeyd edək ki, Mərakeş millisi cari mundialda 7 xal toplayaraq 2-ci dəfə bu uğuru təkrarlayıb. Onların dekabrın 6-da 1/8 finaldakı rəqibi bu gün oyunları keçiriləcək E qrupunun 2-cisi olacaq. Maraqlıdır ki, E qrupunun 2-cisi olmağa namizəd komandalardan biri məhz Almaniyadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR