Logo

Benzema dünya çempionatına qayıda bilər

Benzema dünya çempionatına qayıda bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qızıl top”un son qalibi Kərim Benzema 2022-ci il dünya çempionatına qayıda bilər.

Sfera.az bildirir ki, “RMC Sport”un məlumatına görə, fransalı hücumçu zədəsini vaxtından əvvəl sağaldır və həftənin ortasında "Real"la məşqlərə başlaya bilər.

Benzema hələ də rəsmi olaraq Fransanın dünya çempionatı üçün heyətindədir və baş məşqçi Didye Deşam belə bir qərar verərsə, milli komandaya qayıda biləcək.

Fransa yığması mundialın pley-off mərhələsinə vaxtından əvvəl yüksəlib, noyabrın 30-da fransızlar qrup mərhələsinin 3-cü turunda Tunislə qarşılaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR