Logo

Ronaldoya ildə 75 milyon avroluq maaş təklifi

Ronaldoya ildə 75 milyon avroluq maaş təklifi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mançester Yunayted"lə müqaviləsinə xitam verilən Kriştiano Ronaldonun karyerasını hansı klubda davam etdirəcəyi maraq doğurur.

Sfera.az xəbər verir ki, hazırda diqqətini dünya çempionatına cəmləşdirən 37 yaşlı hücumçu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubu yaxından maraqlanır. Bu barədə "CBS Sports" məlumat yayıb. Ərəb klubu portuqaliyalı ulduza 3 illik müqavilə üçün 225 milyon avro təklif edib.

Qeyd edək ki, daha öncə "Çelsi"nin də Kriştiano ilə maraqlandığı bildirilmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR