Azərbaycanda məmurdan baxımlı qol - VİDEO
Kateqoriya məlum deyil
Dövlət qurumları arasında keçirilən minifutbol turnirinə start verilib.
Sfera.az xəbər verir ki, turnirin açılış matçında KOBİA və SOCAR komandaları üz-üzə gəlib.
Qarşılaşma KOBİA-nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. KOBİA-ya qələbə qazandıran yeganə qola qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov imza atıb.
Qeyd edək ki, Orxan Məmmədov eyni zamanda, “Zirə” futbol klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidentidir.






