Beşiktaşda ani ayrılıq - Müqavilə LƏĞV EDİLDİ - FOTO
Dünya çempionatı səbəbindən Türkiyə liqasında verilən arada transfer məsələlərinə diqqət ayıran “Beşiktaş”da ani qərarlar alınıb.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Spor Toto Super Liqanın ilk yarısını 22 xalla 13-cü pillədə tamamlayan "Beşiktaş" sürpriz qərar verib.
Fransız məşqçi Valerian İsmailin rəhbərliyi altında mövsümə forumda başlayan “Beşiktaş” "Fənərbaxça" və "Trabzonspor"la heç-heçə, səfərdə isə "Hatayspor"a 2:1 hesablı məğlubiyyət yaşamışdı. Hazırda klub Şenol Günəşin rəhbərliyi altında çıxış edir. Kartal 2019-cu ilin yay transfer pəncərəsində Portuqaliyanın “Vitória Guimarães” komandasından 2,5 milyon avroya komandaya transfer edilən və bu mövsüm əcnəbi oyunçu qaydasına görə lisenziyası verilməyən ABŞ futbolçusu Tayler Boydla yollarını ayırıb.
Türkiyə Futbol Federasiyasının saytında yer alan xəbərdə Boydun müqaviləsinə xitam verildiyi bildirilib. İcarəyə götürüldüyü “Ankaragücü”ndəki uğurlu çıxışından sonra 2019-2020 mövsümündə "Vitoria Guimaraes"dən alınan Boyd “Beşiktaş”da gözlənilən performansı göstərə bilməyib. 26-sı Super Liqa da daxil olmaqla ümumilikdə 35 rəsmi oyuna çıxan 27 yaşlı futbolçu cəmi 4 dəfə qol sevinci yaşayıb.
2020-2021 mövsümünün ikinci yarısını "Dəmir Grup Sivasspor"da, 2021-2022 mövsümünü isə "Çaykur Rizespor"da keçirən Boyd bu mövsüm “Beşiktaş”da ş1 matçda 45 dəqiqə meydanda olub.
Aynil
Sfera.az